Prezident Dövlət Agentliyinin işçilərinin sayını artırdı - Fərman

17:29 - 28.09.2021


28 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmana dəyişikliklə Pezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 895-dən 995-ə qaldırılıb.

 

Bütün xəbərlər