Naxçıvanda maaş artıb - 3 faizdən çox

11:08 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 544,1 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,1% çoxdur.

Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 540,8 manata bərabər olub.

 

Bütün xəbərlər