Bu şirkət Azərbaycanda plastik tullantılardan yol çəkəcək

11:42 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Plastik tullantılardan yol çəkilişində istifadə edən Şotlandiyanın “MacRebur” şirkəti Azərbaycanla əməkdaşlığa başlayıb.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, şirkət Azərbaycanın yol infrastruktur şəbəkəsini yeniləmək üçün nəzərdə tutulmuş 1 milyon funt sterlinq dəyərində yeni müqavilə imzalayıb.

Müqaviləyə əsasən ölkə daxilində 1690 km uzunluğunda plastik yolun çəkilməsi planlaşdırılır.

Bunun üçün təkrar emal olunmayan 500 tondan çox plastik tullantı Azərbaycanın yollarını yaxşılaşdırmaq üçün istifadə ediləcək.

“MacRebur” şirkətinin baş icraçı direktoru və həmtəsisçisi Tobiy MakKartni razılaşmadan məmnunluğunu bildirib: “Azərbaycanda və digər ölkələrdə plastik tullantılardan istifadə edilərək yolların çəkilməsi ilə bağlı işimizə rəsmən başlamaqdan çox məmnunuq. “GlobalData”nın hesabatına görə, Azərbaycanda tikinti sənayesi 2021-ci il ərzində təxminən 10% artacaq. Azərbaycan hökuməti də ambisiyalı planlarını açıqlayıb. İnanırıq ki, hökumət tərəfindən dəstəklənən müqavilə sayəsində bu əhəmiyyətli işdə həyati rol oynaya biləcəyik”.

 

Bütün xəbərlər