Azərbaycan şirkəti Rusiya ilə 1 milyon dollarlıq razılıq əldə etdi

12:35 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Moskvada təşkil olunan “WorldFood Moscow 2021” beynəlxalq ərzaq sərgisi başa çatıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, 20-dən çox Azərbaycan şirkətinin istehsal etdiyi meyvə şirələri, müxtəlif növ şərablar, təbii mineral sular, çay, süd məhsulları, fındıq, meyvə-tərəvəz, konservləşdirilmiş məhsullar, qənnadı məmulatları və s. vahid ölkə stendi ilə nümayiş olunub.

Sərgi çərçivəsində sahibkarlarımız xarici həmkarları ilə görüşlər keçirib, ixraca dair razılıqlar əldə edib, müqavilə bağlayıblar.

Rusiya şirkəti ilə ümumi dəyəri 1 milyon ABŞ dollarınadək olan narın ixracına dair ilkin razılığa gəlinib.

 

Bütün xəbərlər