İndi biz layihələrin faydasını görürük - İlham Əliyev

16:29 - 29.09.2021


29 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəmizdə səfərdədir.

ABC.AZ-ın məlumatına görə, gürcüstanlı qonaq Prezident İlham Əliyevlə görüşüb.

Görüşdə bir sıra məsələlər müzakirə olunub.

Prezident İlham Əliyev Gürcüstandakı çox müsbət investisiya mühitinin, bir çox sosial və iqtisadi məsələləri həll etməyə imkan verən iqtisadi islahatlar məmnunluq doğurduğunu qeyd edib:

"Dost və qardaş olaraq bu inkişaf proseslərini görməyə çox şadıq. Əlbəttə ki, biz bu gün neft və qaz, elektrik enerjisi, nəqliyyat sahələri kimi əməkdaşlığımızın ənənəvi sahələri haqqında da danışacağıq. Bunlar artıq həyata keçirilmiş layihələrdir və indi biz bu layihələrin faydasını görürük. Bu, bizim ölkələrimiz arasında əməkdaşlığın çox xüsusi formatını yaradıb. Çünki bu layihələr təkcə bizim ölkələrimiz üçün deyil, Avrasiya regionunda bir çox ölkələr üçün əhəmiyyət kəsb edir. Əminəm ki, bugünkü səfər əməkdaşlığımıza yeni təkan verəcək”.

 

Bütün xəbərlər