"Azərsun Holdinq" "GəncəBankı" məhkəməyə verdi

15:32 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankın 2016-cı ildə lisenziyasını ləğv etdiyi “Gəncə Bank” ASC-nin İdarə Heyətinin keçmiş sədri Pərvanə Novruzova məhkəməyə verilib.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, onu “Azərsun Holdinq” MMC-yə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC (İmişli Şəkər Zavodu) məhkəməyə verib.

İddiaya səbəb alqı-satqı mübahisəsindən irəli gələn öhdəliklər üzrə mübahisələrdir. İşə Bakı Kommersiya Məhkəməsində baxılır. Hakim Fərrux Qasımovdur.

 

Bütün xəbərlər