İqtisadiyyat nazirliyin binasının tikintisinə 17 milyon manatdan çox pul ayrılacaq

17:02 - 30.09.2021


30 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi  Xidməti bir müddət əvvəl elan etdiyi tenderin qalibini açıqlayıb.

ABC.AZ xəbər verir ki, tikinti-quraşdırma və tamamlama işlərinin yerinə yetirilməsi ilə əlaqədar əlavə işlərin yerinə yetirilməsinin, material və avadanlıqların satın alınması enderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Açıq tenderin qalibi Tekfen İnşaat ve Tesisat Anonim Şirketi (A.Ş.) olub. İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi  Xidməti qalibə 17 milyon 822 min 112 manat ödəyəcək.

 

Bütün xəbərlər