Türkiyədə ixrac kəskin artıb - 51 faizdən çox

10:06 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. Türkiyədə ixrac 2021-ci ilin avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə 51,9 faiz artaraq 18 milyard 916 milyon dollara, idxal 23,6 faiz artaraq 23 milyard 175 milyon dollara çatıb.

ABC.AZ xəbər verir ki, bu ölkənin Statistika İnstitutu və Ticarət Nazirliyinin hesabatlarında öz əksini tapıb.

Hesabat dövründə xarici ticarət kəsiri 32,4 faiz azalaraq 4 milyard 259 milyon dollara düşüb. İxracatın idxala nisbəti avqust ayında 81,6 faiz oub.

Ötən ilin eyni dövründə isə ixracatın idxala nisbəti 66,4 faiz təşkil edib.

 

Bütün xəbərlər