Bu rayon çayçılığa görə ən qabaqcıl yerdədir

15:00 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. Çayçılıq Astara rayonunda kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindəndir. Rayonda bu sahənin inkişaf etdirilməsi prioritet məsələ kimi qarşıya qoyulub.

Astara Rayon Statistika İdarəsindən ABC.AZ-a verilən məlumata görə, ölkəmizdə mövcud olan çay plantasiyalarının təxminən 26,4 faizi, çay istehsalının isə 60 faizi Astara rayonunun payına düşür.

Hazırda rayonda 272,5 hektar çay sahəsi var.

Oktyabrın 1-nə olan məlumata görə, Astarada 699,2 ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 148,7 ton (27 faiz) çox məhsul yığılıb.

Məhsuldarlıq isə 11 sentner artaraq 51 sentner təşkil edib.

 

Bütün xəbərlər