Avropa Bankı Gəncəyə böyük məbləğdə pul ayıracaq

17:06 - 1.10.2021


1 oktyabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və beynəlxalq donor Gəncə şəhərinin işıqlandırma sisteminin yaxşılaşdırılması üçün Azərbaycana 12,5 milyon avro ayıracaq.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə bankdan məlumat verilib.

Bank və donor Gəncə şəhərində işıqlandırma sisteminin modernləşdirilməsini dəstəkləyəcək. Xüsusilə, AYİB bu layihəyə 10 milyon avro, beynəlxalq donor – 2,5 milyon avro məbləğində qrant ayıracaq. Layihə üzrə benefensiar Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyidir.

Hazırlığı son mərhələdə olan layihə çərçivəsində Gəncə şəhərində ayrı-ayrı küçələrin işıqlandırma şəbəkəsinin modernləşdirilməsi, avtomatlaşdırılmış idarəetmə sisteminin təbiqi və işıqlandırmanın monitorinqi, dirəklərin və güc kabellərinin dəyişdirilməsi nəzərdə tutulur.

 

Bütün xəbərlər