Bakı Fond Birjası hesabat açıqladı

10:38 - 4.10.2021


4 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 milyard 947,6 milyon manat təşkil edib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 % çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 2,2 dəfə artaraq  8 330 olub.

BFB-nin dövriyyəsinin 52%-i, yaxud 6 208,4 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 9,7 % çoxdur.

 

Bütün xəbərlər