Prezident Tərtər və Bərdədə bir sıra açılışlara qatılıb

12:02 - 4.10.2021


4 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ötən gün Prezident İlham Əliyev Tərtər və Bərdəyə səfər edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı bır sıra açılışlarda iştirak edib.

Prezident Tərtərdə “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının yenidənqurmadan sonra açılışını edib.

Prezident İlham Əliyev Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin "Smerç" raketləri ilə hücumu nəticəsində Tərtər şəhərinin sakini Sahib İsmayılovun dağılmış evinə baxıb və onun yerinə inşa edilən yeni evdə yaradılan şəraitlə tanış olub. Ölkə başçısı rayon mərkəzində Ermənistan silahlı birləşmələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə baxıb.

Dövlət başçısı Bərdə rayonuna gəlib. Prezident İlham Əliyev Bərdə Peşə Liseyinin açılışında iştirak edib.

Səfərdən geniş reportaj oktyabrın 4-də təqdim olunacaq.

 

Bütün xəbərlər