330x110
 

Bu şirkətə qarşı cinayət işi açıldı - Səbəb

04.10.2021,16:35


4 Oktyabr, Fineko/abc.az. Paytaxtın Nərimanov rayonunda yaşıllıqların məhv edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən daxil olmuş material əsasında Rayon Prokurorluğunda araşdırma aparılıb.

Nərimanov Rayon Prokurorluğundan ABC.AZ-a daxil olmuş məlumata görə, araşdırmalarla Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 37 A ünvanda “Şirvanşahlar” MMC tərəfindən inşa edilən hündürmərtəbəli binanın tikilməsi məqsədilə həmin ərazidə ümumi dəyərləri 16 min manat olan 9 müxtəlif cinsli ağacların kəsildiyi və 3 iri gövdəli ağacın zədələnərək inkişafdan qaldığı müəyyən edilib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda cinayət işi başlanıb.