330x110
 

Nazirlik istiqraz yerləşdirilməsi yolu ilə 1 milyard manatdan çox pul cəlb edə bilib

05.10.2021,10:59


5 oktyabr, Fineko/abc.az. 2021-ci ilin 9 ayı (yanvar-sentyabr) ərzində Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 1 milyard 326 milyon 489 min 176 manat cəlb edib.

ABC.AZ xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanunda 1,3 milyard manat nəzərdə tutulan 2021-ci  il üzrə daxili dövlət borclanmasının yuxarı həddindən çoxdur.

Belə ki, 2020-ci ilin eyni dövrü ilə müqayisədə cəlb edilən vəsaitin məbləği 1,9 dəfə və ya 615 milyon 98 min 950 manat artıb. 2020-ci ilin yanvar-sentyabr dövründə 711 milyon 390 min 226 manatlıq dövlət istiqrazları yerləşdirilmişdi. Dövlət istiqrazları ilə təkrar bazarın həcmi isə ötən ilin 9 ayında 383 milyon 203 min manat ikən, bu ilin 9 ayında 745 milyon 1567 min manat təşkil edib.