Cəbrayılda yarımstansiyanın açılışı olub - Prezident də qatılıb

12:12 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Oktyabrın 4-də Cəbrayıl rayonunda 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışı olub.

ABC.AZ xəbər verir ki, Prezidenti İlham Əliyev yarımstansiyanın açılışında iştirak edib. Dövlət başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verilib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Cəbrayıl rayonuna Füzulidəki “Şükürbəyli” yarımstansiyasından uzunluğu 31 kilometr olan 110 kilovoltluq ikidövrəli 1-ci və 2-ci “Cəbrayıl” hava xətləri çəkilib. Yeni yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu tikilib. O cümlədən 110/35/10 kilovoltluq “Qubadlı” və “Zəngilan” yarımstansiyalarının qidalandırılması məqsədilə Cəbrayıldan çəkilən ikidövrəli ötürmə xətlərinin qoşulması üçün texniki cəhətdən yarımstansiyada lazımi şərait yaradılıb.

 

Bütün xəbərlər