Azərbaycanda 12 yaşdan etibarən uşaqlar da peyvənd olunacaq

14:04 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Azərbaycanda 12 yaşdan etibarən uşaqlara peyvənd vurulacaq.

Səhiyyə Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, Nazirliyin Elmi-Tibbi Şurası cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT Pfizer (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq qərar qəbul edib.

Qeyd olunur ki, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT Pfizer (“Comirnaty”) peyvəndi vurula bilər.

 

Bütün xəbərlər