Ermənilər o vaxt bu qələbəni kiçiltmək istəmişdilər - İlham Əliyev

14:21 - 5.10.2021


5 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi oktyabrın 4-də Prezident İlham Əliyev Cəbrayılda səfərdə olub.

ABC.AZ xəbər verir ki, dövlət başçısı səfər zamanı bəzi vacib məqamlardan danışıb.

Prezident qeyd edib ki, Cəbrayılın azad olunması artıq beş il bundan əvvəl başlamışdı.

"Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olub. Və bu, bizim önəmli qələbəmiz idi. Çünki bu, uzun fasilədən, atəşkəsdən sonra ilk böyük qələbəmiz idi. Düzdür ermənilər o vaxt bu qələbəni kiçiltmək istəmişdilər. Hətta bəyan edirdilər ki, bu, o qədər də böyük əhəmiyyət daşıyan ərazilər deyil və sanki Ermənistan tərəfi qalib gəlmişdi" deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər