Dünya Bankı Azərbaycanla bağlı proqnozunu yaxşılaşdırıb

10:18 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Bu ilun yekununda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri ötən ilin yekunu ilə müqayisədə 5% çox olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Dünya Bankının (WB) Avropa və Mərkəzi Asiya ölkələri üçün yenilənmiş hesabatında bildirilir.

Xatırladaq ki, qurum iyunda açıqladığı hesabatda 2021-ci ildə Azərbaycanda 2,2% iqtisadi artım olacağını bəyan etmişdi.

Dünya Bankı 2022-ci ildə Azərbaycan iqtisadiyyatının 3,1%, 2023-cü ildə isə 2,7% böyüyəcəyini proqnozlaşdırır. Bu isə, iyun proqnozu ilə müqayisədə müvafiq olaraq 0,8% və 0,7% azdır.

 

Bütün xəbərlər