Şuşada “Azərsu” tərəfindən yeni layihə icra olunur

15:45 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az.  Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının təmin olunması  məqsədilə “Azərsu” ASC tərəfindən yeni layihə icra olunur.

ABC.AZ xəbər verir ki, hazırda 1980-ci illərdə çəkilmiş Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsinin polad borularla dəyişdirilməsi işləri davam etdirilir. Layihəyə uyğun olaraq qısa müddətdə magistral kəmər üzrə planlaşdırılan işlərin 50 faizi yerinə yetirilib. İlk növbədə kəmərin Zəfər yolu və elektrik yarımstansiyasının ərazisindən keçən hissəsi inşa olunub.

İlkin mərhələdə şəhər ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 su anbarı tikiləcək, şəhərdaxili şəbəkənin 6 km-lik hissəsi yenidən qurulacaq. Bu mərhələ üzrə işlərin cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Növbəti mərhələdə Baş Plana uyğun olaraq şəhərin içməli və tullantı su şəbəkələri tamamilə yenidən qurulacaq, tullantı suların təmizlənib zərərsizləşdirilməsi məqsədilə tullantı sutəmizləyici qurğu inşa ediləcək.

 


Bütün xəbərlər