Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

14:53 - 10.04.2018


10 aprel, Fineko/abc.az. 11 aprel Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında deyilir ki, sabah vətəndaşlar  “ASAN xidmət” mərkəzlərinə yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi  üçün müraciət edə bilərlər.

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində aprelin 12-də bütün xidmətlər göstəriləcək.