Prezident onu icra başçısı təyin etdi - Sərəncam

17:21 - 6.10.2021


6 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Sədərək rayonuna icra başçısı təyin edib.

ABC.AZ xəbər verir ki, dövlət başçısının Sərəncamı ilə Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Mahirə Adnayeva daha əvvəl Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsini icra edib.

 

Bütün xəbərlər