330x110
 

Aprelin 11-nə olan hava haqqında məlumat

10.04.2018,15:43


10 aprel, Fineko/abc.az. Sabah, aprelin 11-də  Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-9, gündüz 16-21,  Bakıda gecə 6-8, gündüz 17-19 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 761  mm civə sütununa enəcək, nisbi rütubət  gecə 65-75%, gündüz 40-50% təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 5-10, gündüz 18-23, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

 

Açar sözlər: hava proqnoz