Kirayə üsulu ilə bu qədər ev satılıb - Fonddan açıqlama

10:19 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 35 810 borcalana 1 926,698 milyon manat kredit verib.

ABC.AZ xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 233,878 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 050 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.