Yeni zavod tikiləcək - investisiya dəyəri təqribən 7 milyon manatdır

10:36 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. Sumqayıt Kimya Sənaye Parkında yeni rezident - “Azeka BM” MMC qeydiyyata alınıb.

İqtisadiyyat Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, “Azeka BM” MMC tərəfindən Sumqayıt Kimya Sənaye Parkının ərazisində Çin və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə boya sənayesində və məişətdə istifadə olunan bir çox məhsulların istehsalı zamanı xammal kimi istifadə edilən üyüdülmüş kalsit (kalsium karbonat) istehsal edəcək zavod inşa olunacaq.

Layihənin investisiya dəyəri təqribən 7 milyon manatdır. İllik istehsal gücü 36 min ton təşkil edəcək müəssisədə 40 daimi iş yeri yaradılacaq. Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər