Prezident yeni Agentlik yaratdı - Fərman

14:07 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Azərbaycanın Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, sənədə əsasən, Agentlik ölkədə strateji əhəmiyyətli mallar üzrə daha effektiv təchizat zəncirinin formalaşdırılması, bu sahədə qabaqcıl tənzimləmə və idarəetmə təcrübəsinin tətbiqi, eləcə də daxili bazarın qısamüddətli mənfi təsirlərə davamlığının artırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında publik hüquqi şəxs kimi yaradılır.

 

Bütün xəbərlər