Prezident bir qrup hərbçini təltif etdi - Sərəncam

14:20 - 7.10.2021


7 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, sənədə əsasən, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasında Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil etmiş, öz xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən şücaət və fədakarlıq göstərmiş Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçuları təltif ediliblər.

 

Bütün xəbərlər