Nobel mükafatını onlar aldı - İkisi də jurnalistdi

14:34 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. Bu il Sülh üzrə Nobel mükafatını alanların adı məlum olub.

ABC.AZ xəbər verir ki, mükafata filippinli araşdırmaçı jurnalist Maria Ressa və Rusiyanın “Yeni qəzet”inin baş redaktoru Dmitri Muratov layiq görülüblər.

Hər iki jurnalist söz azadlığının qorunması üzrə səylərinə görə sözügedən mükafatı alıblar.

 

Bütün xəbərlər