“Azərsu” abonentlərinin sayı 3,5 % artıb

15:09 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr aylarında “Azərsu” ASC abonentlərinin sayı 55709 və ya 3,5 % artıb.

“Azərsu” ASC-dən ABC.AZ-a verilən məlumata görə,  cari ilin  oktyabrın 1-dək ölkə üzrə 1663320 abonent  su  və  kanalizasiya xidmətlərinin  istifadəçisi  kimi qeydiyyata alınıb. Abonentlərin 1598908-i və ya 96,1%-ni əhali, 64412-i və ya 3,9 %-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. Hesabat dövründə əhali qrupu abunəçilərinin sayı 53431 və ya 3,5 %, qeyri-əhali qrupu abunəçilərinin sayı isə 53431 və ya 3,7 % artıb.

Qeyd olunur ki, cari ilin 9 ayında abonentlərin  86,9 %-i sayğacla təmin olunub. Hazırda əhali qrupu abonentləri üzrə sayğaclaşma səviyyəsi 86,7 %, qeyri əhali qrupu üzrə isə 94,4 % təşkil edir.

Bütün xəbərlər