Türk iş adamları Azərbaycana işgüzar səfərə gələcək

15:59 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. Oktyabrın 12-də türk iş adamlarının Azərbaycana növbəti işgüzar səfəri gözlənilir

Xəbər verilir ki, səfər zamanı azərbaycanlı şirkət rəhbərləri və satınalma müdirləri ilə görüş və gələcək əməkdaşlıq imkanları müzakirə ediləcək. Səfər çərçivəsində türk sahibkarların yerli istehsal müəssisələrinə ziyarəti də nəzərdə tutulub.

 Layihə ilə maraqlanan, COVID-19 pasportu olan yerli sahibkarlar, iş adamları və şirkət rəsmiləri öncədən qeydiyyatdan keçməklə tədbirdə iştirak edə bilərlər.

Qeyd edək ki, tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk iş adamları da iştirak edəcək.

Layihə İqtisadiyyat Nazirliyi, AZROMO, Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) tərəfindən dəstəklənir və təşkilatçıları Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılar Məclisidir.

 

Bütün xəbərlər