Agentlik tender elan edir

16:30 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi  “Tibb müəssisələri üçün dərman vasitələri”nin satın alınması məqsədi ilə tender keçirir.

Tenderdə iştirak haqqı 500 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 16.11.2021 18:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.11.2021 18:00  qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 25.11.2021 15:00 tarixində aparılacaq.

Telefon: (+99455) 2244241

Əlaqələndirici şəxs: Əhmədağa Salayev

 

Bütün xəbərlər