“Azərşəkər” MMC-nin nizamnamə kapitalı 5% artırılıb

16:39 - 8.10.2021


8 oktyabr, Fineko/abc.az. “PASHA Holding” MMC-nin törəməsi – şəkər və taxıl sahələrinə sahib olan aqrar şirkət “Azərşəkər” MMC-nin 2021- ildə dördüncü dəfə nizamnamə kapitalı artırılıb.

Xəbər verilir ki, aqrar şirkətin nizamnamə kapitalı 2 250 000 manat, 5% artırılmışdır.

Bununla da şirkətin kapitalının həcmi 46 200 000 manata qədər artırılıb.

Qeyd edilir ki, ilin əvvəlindən şirkətə 13.5 mln. manat maya qoyulub.

Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir.

© Banker

Bütün xəbərlər