330x110
 

"Asan İmza"nın müddətini uzatmaq asanlaşdı

11.10.2021,11:27


11 oktyabr, Fineko/abc.az. "Asan İmza" sertifikatının sahibləri onların müddətini SMS göndərməklə avtomatik olaraq uzada biləcəklər.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, hazırda bunun üzərində işlər aparılır və yaxın zamanda bu xidmət istifadəçilərin ixtiyarına veriləcək.

Qeyd edək ki, "Asan İmza" sertifikatının sahibləri vergi ödəyicisinin vahid e-taxes.gov.az İnternet portalında sertifikatlarının müddətini növbəti üç ilə onlayn qaydada onların müddətinin bitməsinə ən azı 30 gün qalmış yeniləyə bilirlər.

Sertifikatın müddəti bitdikdə onlayn yenilənmə proseduru qeyri-mümkündür və vətəndaş yalnız fiziki olaraq xidmət mərkəzlərinə müraciət etməklə sertifikatlarının müddətini uzada bilir.