Bu binalara giriş COVİD pasportu ilə oldu - Yeni qadağa

11:36 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. Bu gündən məhkəmə binalarına giriş yalnız COVID-19 pasportu və ya immunitet sertifikatı ilə mümkündür.

Ali Məhkəmədən ABC.AZ-a verilən məlumata görə, bu gündən məhkəmə binalarına daxil olan, habelə qapalı məkanlarda keçirilən prosessual hərəkətlərdə bilavasitə iştirak edən bütün şəxslərdən COVID-19 pasportunun (COVID-19-a qarşı peyvənd sertifikatı və ya COVID-19-a qarşı immunitet sertifikatı) və ya Əks Göstəriş sertifikatının (COVID-19 infeksiyası əleyhinə peyvəndə əks göstəriş sertifikatı) olması tələb edilir.

 

Bütün xəbərlər