Agentlik ABŞ Fondu ilə memorandum imzaladı

12:29 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi ilə ABŞ-ın Starta Vençur Kapital Fondu arasında innovasiyalar və yüksək texnologiyalar sahəsində Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, agentliyin yaydığı məlumata görə, yeni əməkdaşlıq formatı startap, tələbə və vençur investorlar üçün təlim və akselerasiya proqramların həyata keçirilməsi, layihələrin kommersiyalaşdırılmasını və birgə Vençur Fondun yaradılmasını təmin edəcək.

Virtual imzalanma mərasimində Anlaşma Memorandumunu İnnovasiyalar Agentliyinin İdarə Heyətinin Sədri Tural Kərimli və Starta Kapital Vençur Fondunun direktoru Gabriel Arant imzalayıb.

 

Bütün xəbərlər