Doqquz ayda aqrar sığorta üzrə 4 milyon manata yaxın sığorta haqqı toplanıb

14:37 - 11.10.2021


11 oktyabr, Fineko/abc.az. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta üzrə ölkədə rekord göstəricilər qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a bildirilib ki, Aqrar Sığorta Fondunun (ASF) məlumatına görə, 2021-ci ilin yanvar-sentyabr aylarında aqrar sığorta üzrə 3 milyon 906 min manat sığorta haqqı toplanılıb.

Toplanan sığorta haqlarının və ödənişlərin böyük hissəsi heyvandarlıq sektorunu əhatə edir. Belə ki, kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə 3 milyon 268 min manat, əkin sahələriin sığortası üzrə isə 638 min manat sığorta haqqı toplanıb.

2021-ci ilik ilk 9 ayının nəticələri göstərir ki, aqrar sığorta sektoru Azərbaycanın sığorta sektorunda artım və inkişafının əsas drayverlərindən olacaq. Belə ki, bu dövrdə ölkə üzrə toplanan ümumi aqrar sığorta haqlarının (4 614  min manat) 85%-i, yəni 3 906 min manatı Fond tərəfindən toplanıb.

2021-ci ilin 9 ayı ərzində ASF tərəfindən toplanan sığorta haqları buna qədər son 5 ilin ortalama məbləğini (2 010 min manat)  2 604 min manat və ya 2 dəfədən çox üstələyib.

 

Bütün xəbərlər