“Özsüt” restoranlar şəbəkəsinin sahibi cərimələndi

12:30 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Bakıda “Özsüt” restoranları şəbəkəsinin sahibi “Özsüt Azərbaycan” MMC də məcburi auditdən yayınmağa görə cərimələnib. Şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən cərimələnir.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, hazırda bu şirkətlərin cərimələmə səlahiyyəti olan Maliyyə Nazirliyi şirkətlə bağlı cərimə protokolu tərtib edib, Binəqədi Rayon Məhkəməsinə göndərib.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunur.

 

Bütün xəbərlər