14:58 - 12.10.2021
12 oktyabr, Fineko/abc.az. “Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Silk Vey Vest Aviaşirkəti” MMC-nin istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Söhbət hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 25 000 ədəd, yəni 25 milyon dollarlıq faizli, təminatsız, sənədsiz, adlı istiqrazdan gedir.
ABC.AZ BFB-yə istinadən xəbər verir ki, qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq, onların illik gəlirliliyi 5%-dir. Faizlər rüblük ödəniləcək.
Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
İstiqrazların yerləşdirilməsi birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix Birjanın internet səhifəsində investorlara açıqlanacaq.
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024
18 Aprel 2024