Azərbaycanda 2 böyük şirkət birləşdi

15:13 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. “Xırman Süd” MMC  “Xırman” MMC-yə qoşularaq ləğv olunduğunu, “Xırman” MMC-nin yenidən təşkil olunduğunu elan edir.

ABC.AZ Banker.az-a  istinadən xəbər verir ki, “Xırman Süd” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 2 176 000 manatdır və qanuni təmsilçisi Rəşad Əmiraslanovdur.

“Xırman” MMC 1997-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 000 520 manatdır və qanuni təmsilçisi Fazil Mirzəliyevdir.

 

Bütün xəbərlər