330x110
 

Bir gündə nə qədər vaksin vurulub?

12.10.2021,15:47


12 oktyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus əleyhinə 39 810 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a daxil olan məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 015, ikinci mərhələ üzrə 25 795 nəfərdir.

Vurulun vaksinlərin ümumi sayı 9 037 099, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 903 419, ikinci mərhələ üzrə isə 4 133 680 nəfər təşkil edir.