Yasamalda sudan qanunsuz istifadə halları aşkarlanıb

16:43 - 12.10.2021


12 oktyabr, Fineko/abc.az. Yasamal rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində sudan qanunsuz və sayğacdankənar istifadə halları aşkarlanıb.

ABC.AZ “Azərsu” ASC-yə istinadən xəbər verir ki, aparılan  nəzarət tədbirləri nəticəsində, Yasamal rayonu ərazisində sudan ən çox qanunsuz istifadə Məhəmməd Xiyabani küçəsində qeydə alınıb. Burada fəaliyyət göstərən “gecəqondu” tipli kababxanaların böyük əksəriyyəti sudan qanunsuz istifadə edib.

Bundan başqa, Əsəd Əhmədov ünvanında yerləşən “Yadigar” marketdə sudan uçotsuz və sayğacdankənar istifadə, həmçinin, Qurban Xəlilov küçəsində yeni tikilməkdə olan beşmərtəbəli yaşayış binasının yaxınlıqdan keçən əhali qrupu xəttinə qeyri-qanuni qoşulduğu aşkarlanıb.

Qeyd olunur ki, sudan uçotsuz və qanunsuz istifadə ilə bağlı aşkarlanmış faktlar üzrə akt tərtib edilib və qanunsuz çəkilmiş su xətləri ləğv olunub.

 

Bütün xəbərlər