Çip böhranı nəhəng şirkəti də vurdu

10:26 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. Çip böhranı "İphone" istehsalına da təsirsiz ötüşməyib.

ABC.AZ-ın məlumatına görə, çip böhranı ilə əlaqədar olaraq, ABŞ-ın "Apple" şirkətinin iPhone 13 istehsalını təxminən 10 milyon ədəd azaldacağı proqnozlaşdırılıb.

Ekspertlər hesab edir ki, "Apple Inc." şirkəti 2021-ci il üçün iPhone 13 istehsal hədəfini, davam edən yarımkeçirici çip çatışmazlığı ilə əlaqədar təxminən 10 milyon ədəd azaldacaq.

Analitiklər şirkətin ilin son rübündə 90 milyon ədəd yeni iPhone modelləri istehsal etməyi nəzərdə tutduğunu, ancaq "Broadcom Inc." və "Texas Instruments Inc." şirkətlərinin kifayət sayda ehtiyat hissələri təmin edə bilməməsinə görə bu sayın daha aşağı olacağını düşünürlər.

Müəllif: Elmir Murad

Bütün xəbərlər