Dövlət şirkəti yeni növ qızıl satışa çıxarıb

10:35 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. “AzerGold” QSC tərəfindən yeni növ qızıl sikkələr satışa çıxarılıb.

Dövlət şirkətindən ABC.AZ-a daxil olmuş məlumata görə, Ordumuzun Vətən müharibəsində əldə etdiyi şanlı qələbəyə həsr olunan “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsinin nəticələrinə əsasən, daha iki dizaynda - 5, 10, 20 qramlıq çəkilərdə qızıl sikkə kolleksiyaları istehsal edilərək qızılın dünya birjasındakı cari qiymətinə uyğun minimal marja ilə satışa çıxarılıb.

Müsabiqədə birinci yerin qalibi seçilmiş layihə əsasında istehsal edilən “Qarabağ inciləri” kolleksiyasının üzərində Qarabağın qədim memarlıq inciləri, tarixi abidələr təsvir olunub.

Müsabiqənin “İzləyici rəğbəti” nominasiyası üzrə qalibinin layihəsi əsasında hazırlanan digər sikkə kolleksiyası isə Azərbaycanın musiqi ocağı, mədəniyyət beşiyi olan qədim Şuşa şəhərinə həsr edilib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər