330x110
 

Bu şirkətin rəhbərliyi yenidən seçiləcək

13.10.2021,11:14


13 oktyabr, Fineko/abc.az. 19 noyabr 2021-ci il saat 12.00-da Bakı şəhəri, Keşlə qəsəbəsi, 1- ci Önünə küçəsi 19 nömrəli ünvanda “Savalan” ASC-nin növbədənkənar ümu­mi yığıncağı keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, iclasın gündəliyinə “Savalan” ASC-nin idarəetmə or­qanlarının üzvlərinin yenidən seçilməsi, şirkətin maliyyə fəaliyyətinin araşdırılması üçün müstəqil auditorun təyin edilməsi məsələləri daxildir.