Gürcüstanda yoluxanların sayı artdı

12:31 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. Son 24 saat ərzində Gürcüstanda 4 837 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 1 586 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 645 195 nəfərə çatıb.

Onlardan 605 581 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 26 nəfərin ölməsi ilə bərabər ümumilikdə 9 332 nəfər həyatını itirib.

 

Bütün xəbərlər