330x110
 

Gələn il Azərbaycana 5 milyon doza vaksin gətiriləcək - Agentlikdən açıqlama

13.10.2021,17:22


13 oktyabr, Fineko/abc.az. Gələn il Azərbaycana COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına müvafiq olaraq əlavə 5 000 000 doza vaksinin gətirilməsi nəzərdə tutulur.

ABC.AZ xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, bu günə qədər ölkəyə 13 142 040 doza vaksin dərman vasitəsi gətirilib.

Bu da ümumi alınmış peyvəndlərin 80%-ni təşkil edir.