Neftə olan tələb azalacaq - Proqnoz

17:31 - 13.10.2021


13 oktyabr, Fineko/abc.az. OPEC 2021-ci il üçün dünyada neft tələbi üzrə proqnozu aşağı salıb. Artıq neftə olan tələbin artım proqnozu gündəlik 6 milyon barel deyil, 5,8 milyon barel təşkil edir.

ABC.AZ xəbər verir ki, bu barədə kartelin okyabr ayı üzrə hesabatında deyilir.

OPEC 2022-ci il üçünneft tələbi ilə bağlı hələ də gündəlik 4,2 milyon barel artım gözləyir.

OPEC-in qiymətləndirməsinə görə, 2021-ci ildə dünyada neftə olan tələb gündəlik orta hesabla 96,6 milyon barel təşkil edəcək.

Təşkilat proqnozlaşdırır ki, 2022-ci ildə neftə olan tələb gündəlik 100,8 milyon barelə çatmaqla “COVID-dən öncəki” vəziyyəti arxada qoyacaq.

Bütün xəbərlər