AMB valyuta hərracında banklara $61,7 mln. satıb

12:56 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, oktyabrın 14-də baş tutmuş valyuta hərracında banklara $61,7 mln satılıb ki, bu da ötən hərracda olduğundan $2,9 mln və ya 4,49% azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $61,7 mln.təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər