Azərbaycanda biznesmen həbs edildi

14:15 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. “Riyad” Şirkətlər Qrupunun rəhbər şəxslərindən biri İlham Məmmədov həbs edilib.

ABC.AZ"Qafqazinfo"ya istinadən xəbər verir ki,, İ.Məmmədov Cinayət Məcəlləsinin 296-cı maddəsi (bilə-bilə yalan xəbərçilik etmə) ilə təqsirli bilinirərək saxlanılıb.

Səbail Rayon Məhkəməsində istintaq orqanının verdiyi təqdimata baxılıb. Hakim İlkin Rüstəmli təqdimatı təmin edib və İ.Məmmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, Şirkətlər Qrupuna “Riyad” Ticarət Mərkəzi, “Riyad” Mühafizə xidməti, “Azinteroil” MMC və digər şirkətlər daxildir.

 

Bütün xəbərlər