Bu ali məktəbdə koronavirus aşkarlandı

15:00 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Pedaqoji Universitetinin iki fakültəsində koronavirus aşkarlanıb.

ABC.AZ xəbər verir ki, bunu Universitetin mətbuat katibi Cavid Hüseynov bildirib.

Onun sözlərinə görə, Fizika və riyaziyyat fakültəsində 1, incəsənət və fiziki tərbiyə fakültəsində isə 1 qrup koronavirus aşkarlandığına görə distant təhsilə keçib.

Bütün xəbərlər