Bitcoin kəskin bahalaşacaq - Proqnoz

15:18 - 14.10.2021


14 oktyabr, Fineko/abc.az. "Bitcoin"dən kəskin artım gözlənilir və kriptovalyutanın dəyərinin 2023-cü ilə 100 min ABŞ dollarına çatacağı proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu ABŞ-ın "Fidelity Global" maliyyə şirkətinin rəhbəri Curriyen Timmer qeyd edib.

O bildirib ki, "Bitcoin"in dəyərinin oktyabrda qeydə alınmış 31%-lik artımı dayanıqlıdır və burada köpük effektindən söz gedə bilməz.

C.Timmer qeyd edib ki, proqnozlarında özünün tələb və təklif modelinə əsaslanır və bu modelə görə, bazarda qısamüddətli treyderlərin payı azaldıqca qiymət qalxacaq.

Belə ki, "Bitcoin"in sonuncu bahalaşmaları zamanı qısamüddətli treyderlərin əlindəki "Bitcoin"lərin payı 15%-ə enib.

 

Bütün xəbərlər